Ukraynada azərbaycanlı tələbəni çeçenlər girov saxlayır? – VİDEObackend

Ukraynada azərbaycanlı tələbəni çeçenlər girov saxlayır? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada girov götürülən azərbaycanlı tələbə Hüseyn Abdullayevə yaxınları ilə danışmağa imkan yaradılıb.

Editor.az xəbər verir ki, bunu “ARB Xəbər”ə açıqlamasında tələbənin atası Amin Abdullayev bildirib.

Mariupol Dövlət Universitetinin 3-cü kurs tələbəsi olan 20 yaşlı Hüseyn Abdullayevin çeçen və ya dağıstanlı silahlıların əlində olduğu ehtimal edilir.

“Əvvəl eşitdik ki, ruslar övladımı tutublar. Bundan sonra onunla əlaqəmiz kəsildi. Sonra ayın 19-u mən onun telefonuna zəng edərkən rus hərbçilər telefonu götürüb övladımın onların əlində olduğunu təsdiqlədilər”, – deyə Hüseynin atası Amin Abdullayev əlavə edib.

Qeyd edək ki, azərbaycanlı tələbəni girov götürənlər onun rus əsgəri ilə dəyişdirilməsini istəyirlər.