Ukraynada azərbaycanlıların öldürülməsi faktı ilə bağlı yeni detallar məlum oldubackend

Ukraynada azərbaycanlıların öldürülməsi faktı ilə bağlı yeni detallar məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Odessada gün ərzində çox atışma olmamışdı. Lakin gecə saat 2 radələrində əslən Kəlbəcərdən olan soydaşımız etdiyi telefon zəngində azərbaycanlıların olduğu maşının atəşə tutulduğunu bildirdi”.

Bu barədə Oxu.Az-a Ukrayna Azərbaycanlıları Radasından (UAR) məlumat verilib.

Bildirilib ki, Odessadan Moldovaya gedən, içərisində azərbaycanlıların olduğu 7-8 maşın diversantlar tərəfindən atəşə tutulub:

“İnsanları çaşdıran diversantların ukraynalı hərbçiləri kimi geyinməsi olub. Kuçurqan-Pervomaysk məntəqəsinə yaxın bir yerdə maşınları Ukrayna hərbi formasında olan rus diversantları gülləbarana tutublar. Hətta orada olan ukraynalı hərbçilər də atəşə tutulublar. Ölən həmvətənlərimiz Odessa morquna aparılmayıb. Təcili tibbi yardım maşını onları başqa ərazidəki morqa aparıb.

Allah hadisə zamanı ölən həmvətənlərimizə rəhmət eləsin, yaralılara şəfa versin”.