Ukraynada bütün kişilər hərbi xidmətə gedəcəkbackend

Ukraynada bütün kişilər hərbi xidmətə gedəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada hərbi xidmət keçməli olan bütün kişilər cəbhəyə göndərilməyə hazır olmalıdırlar.

Editor.az bildirir ki, bu sözləri Poltava vilayət hərbi komissarlığının nümayəndəsi Roman İstomin deyib. Onun sözlərinə görə, kişilər başa düşməlidirlər ki, onlar vətənlərini müdafiə etməli olacaqlar.

“Əgər biz Ukraynanın bütün əhalisi kimi “hamıdan”danışsaq, bu, çətin olacaq. Amma konkret olaraq hərbi mükəlləfiyyətliləri hərbi xidmətə cəlb etsək, bu, tamamilə mümkündür.

Mən belə deyərdim: hər bir insan artıq başa düşməlidir ki, o, çox güman ki, vətənini silah-sursatla müdafiə etməli olacaq”, –İstomin bildirib.

Xatırladaq ki, Ukraynada 2022-ci il fevralın 24-də hərbi vəziyyətlə birlikdə ümumi səfərbərlik elan edilib. Bir neçə dəfə, ən son payızın sonuna qədər uzadılıb. Avqust ayında Ukrayna Müdafiə Nazirliyi rəhbərinin birinci müavini Aleksandr Pavlyuk ölkədə silahlı qüvvələr sıralarına səfərbərlik probleminin olduğunu bildirmişdi.

//Samir Qurbanov, Editor.az