Rusiyada 45 yaşlı aktyor Vyaçeslav Polyakov dünyasını dəyişib. O, bir müddət Ukraynanın Kiyev Sirk Məktəbində çalışıb.
Editor.az xəbər verir ki, məlumatı rusiyalı Telegram-kanal Shot yayıb. Bildirilib ki, Polyakov 12 noyabr tarixində vəfat edib. Onun ölümünə onkoloji xəstəlik səbəb olub.
Polyakov “Lixiye”, “İşeyka” və “Diversant” kimi rus seriallarındakı rolları ilə tanınırdı. Mənbələrin məlumatına görə, o, son illər Ukraynaya qarşı müharibəni açıq şəkildə dəstəkləyirdi.
//Samir Qurbanov, Editor.az

