Ukraynada çəkilən bu foto sosial şəbəkələrdə gündəm oldu-FOTObackend

Ukraynada çəkilən bu foto sosial şəbəkələrdə gündəm oldu-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın raket hücumları nəticəsində milyonlarla ukraynalı işıqsız qalmaqda davam edir. Elektrikin olmaması həyatın bütün sahələrini iflic edib.

Bir çox hallarda isə insanların həyatı elektrikdən asılı olur.

Editor.az xəbər verir ki, Ukraynada yanacaqdoldurma məntəqəsində çəkilən bir kiçik qız fotosu sosial şəbəkələrin gündəminə çevrilib. Fotonu tanınmış aparıcı Andrey Bednyakov “İnstagram” səhifəsində paylaşıb.

Девочка с ингалятором на заправке в Киеве

Fotoda bir azyaşlı qızın həyatda qalmaq uğrunda mübarizə apardığı və ailəsinin uşağın yaşaması üçün zəruri olan nəfəsalma cihazını(inqalyator) elektrikə qoşmaq üçün yanacaqdoldurma məntəqəsinə gəldiyi görünür.

Bu görüntü bütün sosial şəbəkə izləyiciləri dərindən təsirləndirib.

//Samir Qurbanov, Editor.az