Ukraynada da güclü zəlzələ baş verəcək – Kendzerbackend

Ukraynada da güclü zəlzələ baş verəcək – Kendzer

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gec-tez Ukraynada da güclü zəlzələ baş verəcək. Krım da risk altındadır.

Editor.az axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı seysmoloq Aleksandr Kendzer deyib.

“Ukrayna Türkiyə ilə eyni seysmik aktiv zonada yerləşir”, – Kendzer bildirib.

Onun sözlərinə görə, Avrasiya plitəsi Ərəbistan və Afrika plitələrini sıxışdırır:

“Bu prosesi dayandırmaq mümkün deyil, ona görə də enerji toplananda Ukraynada və ola bilsin ki, hətta Kiyevdə də zəlzələ baş verəcək”.

O, həmçinin Ukraynanın paytaxtında yeraltı təkanların 8-9 bal ola biləcəyini də qeyd edib.