Rusiya Federasiyası Şərq Hərbi Dairəsinin 29-cu Ordusunun komandanı general-mayor Andrey Kolesnikov Ukrayna Silahlı Qüvvələri tərəfində zərərsizləşdirilib. Editor.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko Telegram-da məlumat verib.
“Yaxşı xəbər: Rusiya Şərq Hərbi Dairəsinin 29-cu Ordusunun komandanı general-mayor Andrey Kolesnikov “200-cü oldu””, – deyə, Geraşenko yazıb.
Rus generalının ölümü ilə bağlı Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının mətbuat xidməti də Facebook-da məlumat yayıb.
Ukrayna mediası yazır ki, bu informasiyanı BBC-yə Qərb ölkələrinin rəsmi dairələri də təsdiqləyib.
Xatırladaq ki, Rusiyanın hərbi müdaxiləsi başladığı gündən etibarən bu Ukraynada həlak olan üçüncü rus generalıdır.
Mart ayında Ukrayna hakimiyyəti daha iki rus generalının- Rusiya Mərkəzi Hərbi Dairəsinin 41-ci Ordusunun qərargah rəisi və komandirinin birinci müavini Vitali Gerasimov və 41-ci Ordu komandirinin müavini Andrey Suxovetskinin həlak olması barədə məlumat yaymışdı.
//Fərrux, Editor.az


