Ukrayna Silahlı Qüvvələrində döyüşən polkovnik-leytenant Ziya Abdullayev vəfat edib.
Bakupost.az xəbər verir ki, bu barədə hərbi bloqer Tofiq Şahmuradov bildirib.
Onun sözlərinə görə, azərbaycanlı hərbçi beynində olan xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, Ziya Abdullayev xəstəliklə bağlı bir neçə dəfə əməliyyat olunub. Lakin müsbət nəticə alınmayıb. Əslən Naxçıvandan olan Z.Abdullayev bu gün Xarkovda dəfn edilib.

Facebook Notice for EU!
You need to login to view and post FB Comments!