Ukraynada əmisi oğlunu öldürən azərbaycanlı tutuldu – FOTObackend

Ukraynada əmisi oğlunu öldürən azərbaycanlı tutuldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Xarkov vilayətində Azərbaycan vətəndaşı əmisi oğlunu öldürüb.

Gx.net.ua xəbər verir ki, 28 yaşlı Hüseynov Rais İdris oğlu əmisi oğlunu öldürdükdən iki gün sonra tutulub.

O, 19 yaşlı əmisi oğlu ilə mübahisə zəminində bıçaqla onun sinə nahiyəsinə xəsarət yetirib. Nəticədə gənc aldığı xəsarətdən xəstəxanada ölüb.

R.Hüseynov barəsində “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb.

Onu 7 ildən 15 ilə qədər həbs gözləyir.