Ukraynada əsir götürülən rusların sayı bilindibackend

Ukraynada əsir götürülən rusların sayı bilindi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son məlumata görə, Ukrayna əsirliyində 500 rus əsgəri var.

Editor.az bildirir ki, bunu qondarma “Donetsk Xalq Respublikası”nın (DXR) rəhbəri Denis Puşilin “Soloviev Live”də deyib. Onun sözlərinə görə, Ukrayna tərəfi məhbusların kimliyi ilə bağlı məlumat vermədiyindən bu barədə məlumat almaq çox çətindir.

Eyni zamanda, Denis Puşilin əlavə edib ki, Rusiya əsirliyində olan ukraynalı hərbçilərin sayı minlərlədir. “Rəqəm müqayisə olunmazdır”, – o deyib. “DXR” rəhbərinin sözlərinə görə, ukraynalı hərbi əsirlər bütün Rusiya ərazisində müəssisələrdə saxlanılır.

Qeyd edək ki, sonuncu dəfə bu ilin iyulunda Rusiya ilə Ukrayna arasında məhbus mübadiləsi barədə məlumat verilib. 45 rus əsgəri Rusiyaya, 45 ukraynalı əsgər isə Ukraynaya qayıdıb.

//Samir Qurbanov, Editor.az