Ukraynada F-16-lar üçün uçuş-enmə zolaqları hazırlanırbackend

Ukraynada F-16-lar üçün uçuş-enmə zolaqları hazırlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna müttəfiqlərinin Kiyevə gəlməli olan F-16 təyyarələri üçün yeni infrastruktur qurmur. Lakin mövcud aerodromların uyğunlaşdırılması prosesi gedir.

Editor.az bildirir ki, bunu telemarafon zamanı Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat deyib. “Hazırda aparıcı Qərb ölkələrində mövcud olan infrastrukturu sıfırdan qurmağa çətinlik çəkirik. Gərgin hərbi əməliyyatlar getdiyi üçün düşmən qlobal tikintiyə imkan verməyəcək.

Aerodromlar daima, o cümlədən ballistik raketlərdən atəşə tutulur. Ona görə də əslində bizim versiyamız aerodromlarımızın F-16 təyyarələrini qəbul etməyə hazırlanması və uyğunlaşdırılmasıdır.Və bu hazırlıq davam edir. Hansı mərhələdə və daha nəyə ehtiyac var, bunu heç kim deməyəcək”, – İqnat qeyd edib.

Bundan əlavə, o, bildirib ki, uyğunlaşma F-16 təyyarələrinin missiyalar zamanı sərbəst şəkildə enib qalxa bilməsi üçün uçuş-enmə zolaqlarının hazırlanmasını əhatə edir.

//Samir Qurbanov, Editor.az