Ukraynada hava hücumu xəbərdarlığı elan edilibbackend

Ukraynada hava hücumu xəbərdarlığı elan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 3-ü səhər saatlarında bütün Ukraynada hava hücumu xəbərdarlığı elan edilib.

Editor.az “Belarus Gayun”a istinadən xəbər verir ki, hava hücumu siqnalları səhər saat 10:30-da paytaxtda, Xarkov və Zaporojye vilayətlərində səslənməyə başlayıb və bir neçə dəqiqədən sonra bütün ölkəyə yayılıb.

Belarus monitorinq layihəsinin məlumatına görə, uzun mənzilli radar izləmə təyyarəsi və “Kinjal” hipersəs raketləri daşıya bilən MiQ-31K qırıcısı Belarusda havaya qaldırılıb. Siqnal raket hücumları və hava zərbələri təhlükəsi deməkdir və bu zaman sığınacağa getmək lazımdır. – xəbərdə bildirilir.

//Samir Qurbanov, Editor.az