Bütün Ukraynada hava hücumu xəbərdarlığı elan edilib. Rus işğalçıları “Kinjal” aeroballistik raketlərlərlə hücum edirlər.
Editor.az bildirir ki. bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb. Məlumata görə, Rusiyanın MiQ-31K təyyarəsi Savasleyka aerodromundan havaya qalxıb. 10 dəqiqədən sonra təyyarə raketləri işə salıb.
“MiQ-31K-dan Kh-47M2 Kinjal aeroballistik raketlərinin Kiyev istiqamətində atışları qeydə alınıb! Sığınacaqlarda qalın”, – Hərbi Hava Qüvvələri qeyd edib. Sonradan təkrar buraxılışlar həyata keçirilib. Çernivtsi, Jitomir, Vinnitsa, Xmelnitski və İvano-Frankivsk vilayətlərinin sakinləri təcili olaraq sığınacağa getməyə çağırılıb.
Bu arada, metropoliten ictimaiyyəti Kiyevdə partlayışlar barədə məlumat verib. Bu məlumatı Kiyev meri Vitali Kliçko da təsdiqləyib. Ancaq hələlik təfərrüatlar yoxdur.
Kiyev şəhər hərbi administrasiyası paytaxtda hava hücumundan müdafiə sisteminin fəaliyyət göstərdiyinə aydınlıq gətirib.
Bununla belə, raket təhlükəsi davam edir. Kiyevlilərdən sığınacaqları tərk etməmələri xahiş olunur. Bundan başqa, Kiyev vilayətində də partlayış səsləri eşidilib.
VHA hava hücumundan müdafiə qüvvələrinin işlədiyini bildirib. “Suspilna”nın məlumatına görə, partlayış səsləri Xmelnitski və Vinnitsa vilayətində də eşidilir.
//Samir Qurbanov,Editor.az