Ukraynada hərbi münaqişənin başlanmasında Vladimir Zelenski günahkardır – ABŞ prezidentliyinə Donald Trampbackend

Ukraynada hərbi münaqişənin başlanmasında Vladimir Zelenski günahkardır – ABŞ prezidentliyinə Donald Tramp

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp hesab edir ki, Ukraynada hərbi münaqişənin başlanmasında Vladimir Zelenskinin məsuliyyəti var.

“Bu, ona kömək etmək istəmədiyim demək deyil, çünki insanlara çox yazığım gəlir. Amma o, heç vaxt bu müharibənin başlamasına imkan verməməli idi… Ukrayna əvvəlki kimi deyil”, – deyə Tramp PBD podkastına müsahibəsində bildirib.

Vladimir Zelenski ABŞ-a səfəri çərçivəsində sentyabrın 27-də Nyu-Yorkda Donald Trampla görüşmüşdü. Onların söhbətindən sonra Tramp deyib ki, hərbi münaqişənin həlli üçün “hamı üçün ədalətli saziş” bağlamaq lazımdır, lakin onun şərtlərini açıqlamayıb. Elə həmin ay debat zamanı Tramp həm Vladimir Putini, həm də Vladimir Zelenskini yaxşı tanıdığını və “onları bir araya gətirə biləcəyini” söylədi.

//Samir Qurbanov, Editor.az