Ukraynada hərbi vəziyyət növbəti dəfə uzadıldıbackend

Ukraynada hərbi vəziyyət növbəti dəfə uzadıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Ali Radası ölkədə hərbi vəziyyətin 90 gün – avqustun 6-dək uzadılmasına səs verib. Hərbi vəziyyətin uzadılmasının lehinə 357 deputat, əleyhinə isə 1 deputat səs verib.

Parlament bu çağırışda 15-ci dəfədir ki, hərbi vəziyyətin uzadılmasını təsdiqləyib.
Bu gün, eyni zamanda Ukrayna Ali Radası ümumi səfərbərliyin eyni müddətə – avqustun 6-dək uzadılmasına da səs verib. Sənədi 346 deputat dəstəkləyib, biri əleyhinə, biri isə bitərəf qalıb.

Xatırladaq ki, Ukrayna ərazisində 2022-ci il fevralın 24-də hərbi vəziyyət tətbiq edilib. Ertəsi gün ölkə prezidenti Vladimir Zelenski ümumi səfərbərliyin başlanması haqqında fərman imzalayıb. Hərbi vəziyyət dövründə ölkədə seçkilər, o cümlədən prezident seçkiləri qadağandır. Ukrayna prezidentinin səlahiyyət müddəti 2024-cü il mayın 20-də başa çatıb.Bu ilin fevralında Ali Rada onun səlahiyyətlərinin uzadılmasına səs verib.

//Samir Qurbanov, Editor.az