Ukraynada hərbiçilərlə yanaşı, vətəndaşlar da Rusiyanın hərbi müdaxiləsinə qarşı dirəniş göstərir. Xüsusən də Ukraynanın paytaxtı Kiyevdə fəallıq müşahidə olunur. Ukrayna xalqı əsgərlərlə birlikdə barrikadalar qurmağa, səngərlər qazmağa, rus işğalına müqavimət göstərməyə hazırlaşır.
Editor.az Ukrayna mediasına istinadən xəbər verir ki, ağır hərbi müdaxilə nəticəsində 1,5 milyondan çox ukraynalı qonşu ölkələrə getməyə məcbur qalsa da, Rusiyaya müqavimət göstərənlərin də sayə az deyil. Rusiya əsgərlərinin daxil ola biləcəyi bütün məntəqələrdə, xüsusən də paytaxt Kiyevdə güclü müdafiə sədləri qurulur.
“Ukraynada az qala silahı olan hər kəs barrikadalar qurur, səngərlər qazır. Hətta yeməklər də hazırlanır ki, keçid məntəqələrində əsgərlər möhkəm dayansınlar. Xüsusilə mülki əhali dəmir qalxanları ilə şəhərin təhlükəsizliyini artırmağa çalışır. Vətəndaşlar daha çox rus ordusunun zirehli texnikası üçün dəmir tələlər hazırlayırlar”-deyə Ukrayna mediası yazır.
//Gülnarə Abasova, Editor.az



