Ukraynada istilik elektrik stansiyalarının təxminən 90%-i məhv edilibbackend

Ukraynada istilik elektrik stansiyalarının təxminən 90%-i məhv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya silahlı qüvvələri Ukraynada istilik elektrik stansiyalarının təxminən 90%-ni məhv edib.

Editor.az bildirir ki, bunu Radanın deputatı və Ukraynanın keçmiş mənzil-kommunal təsərrüfatı naziri Aleksey Kuçerenko deyib. Onun sözlərinə görə, hazırda bu infrastrukturun yalnız onda biri Ukraynada fəaliyyət göstərir: “Biz səkkiz min meqavat elektrik enerjisini itirmişik – bu çox şeydir.

Energetiklərlə danışdım – səkkiz mindən yalnız səkkiz yüzü işləyir, yəni onda biri” Aleksey Kuçerenko bildirib. Onun fikrincə, kəsir artan resurs idxalı hesabına ödənilməyəcək, ona görə də Ukrayna elektrik enerjisinin uzun müddət kəsilməsi ilə üzləşəcək.

Xatırladaq ki, mayın 13-də Ukrayna Energetika Nazirliyinin rəhbəri German Qaluşenko bildirib ki, Rusiyanın hücumları nəticəsində ölkənin enerji sistemi səkkiz giqavat elektrik enerjisi istehsal etmək qabiliyyətini itirib. Enerji sisteminin bərpasına 1 milyard dollardan çox vəsait lazım olacaq.

//Samir Qurbanov, Editor.az