Ukraynada konflikt nə vaxt və necə çözüləcək – Kissincerdən proqnozbackend

Ukraynada konflikt nə vaxt və necə çözüləcək – Kissincerdən proqnoz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Vəziyyət radikal dəyişəcək”.
 ABŞ-ın keçmiş dövlət baş katibi Henti Kissincer Ukrayna konflikti barədə proqnoz açıqlayıb.
Onun fikrincə, münaqişə danışıqlarla bitəcək və ondan sonra vəziyyət radikal dəyişəcək: “Hesab edirəm ki, Rusiya nəticədə dövlət kimi qalacaq, Ukrayna da dövlət olaraq qalır. Amma Ukraynanı NATO silahlandırdığı üçün NATO ilə müəyyən əməkdaşlıq və münasibətlər qalacaq.
Ukraynaya NATO-ya daxil olmaq təklifi kökündən səhv idi, amma bu səhv artıq oldu və keçmişdə qaldı.
Əgər konflikt uzansa, onun I Dünya müharibəsinə bənzər vəziyyətə keçəcəyi və böyüyəcəyi riski var. Mən ümid edirəm ki, NATO dövlətləri bir-birilə danışıb, konkret nəticə üçün danışıqları sürətləndirəcəklər”.

O, həmçinin bilirib ki, Qərb sonra Rusiya ilə münasibətləri yoluna qoymalıdır ki, o Avropanın bir hissəsi olaraq qalsın, Çinin tərəfdaşı müttəfiqi olmasın.
Bakupost.az