Ukraynada məhv edilən kadırovçuların sayı açıqlandıbackend

Ukraynada məhv edilən kadırovçuların sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 24-də başlayan Rusiya təcavüzündən bəri Ukraynada 100-ə yaxın kadırovçu məhv edilib, 300 nəfərə yaxın yaralanıb, 60 nəfər isə sadəcə qaçıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, kadırovçular Ukrayna ərazisinə müharibənin ilk günlərindən daxil olublar və əsas tapşırıqları ukraynalıların soyqırımı olub.

“Hücumun ikinci eşelonunda yer alan çeçenlər evlərdə axtarışların aparılmasında, girov və mülki sakinlərə əziyyətlərin verilməsində, talan və soyğunçuluqda iştirak ediblər”, – məlumatda qeyd olunub.

Ukrayna kəşfiyyatı bu müharibədə 2500-ə yaxın kadırovçunun iştirak etdiyini də bildirib.