Ukraynada müharibə bu tarixdə bitəcək – Kimbackend

Ukraynada müharibə bu tarixdə bitəcək – Kim

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hərbçilərinin əksəriyyəti döyüşmək istəmir.

Bunu Nikolayev vilayət administrasiyasının rəhbəri Vitali Kim deyib.

O, müharibənin may ayına kimi başa çatacağına inandığını açıqlayıb:

“Belə proqnozlara inanıram. Əlbəttə, heç nə asan olmur. Vəziyyətə baxıram və bəli, buna inanmaq istəyirəm. Müharibəni pul, maddi-texniki təchizat, insanlar qazanır. Rusiya sanksiya altındadır, tezliklə heç nələri qalmayacaq. Bundan əlavə, rusların əksəriyyəti döyüşmək istəmir. Onlar başa düşürlər ki, uğur qazana bilməyəcəklər”, – Kim deyib.

O əlavə edib ki, bu gün vaxt Ukrayna üçün işləyir:

“Çünki Ukrayna Silahlı Qüvvələri güclənir, işğalçılar isə zəifləyir. Buna görə də inanıram ki, müharibənin tez başa çatması üçün perspektivlər mövcuddur”.

Axar.az