Ukraynada müharibə daha 6-7 il davam edə bilər-Qərb mediasıbackend

Ukraynada müharibə daha 6-7 il davam edə bilər-Qərb mediası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Birləşmiş Ştatları və onun G7 müttəfiqləri hesab edirlər ki, Ukraynadakı müharibə illərlə davam edə bilər və bu ehtimalı öz hərbi və maliyyə planlarına daxil edirlər. Editor.az xəbər verir ki, bu iddia ilə Avropanın G7 ölkələrindən birinin yüksək vəzifəli bir məmuru çıxış edib. Onun sözlərinə görə, müharibə daha 6-7 il davam edə bilər.

Bloomberg-in məlumatına görə, son aylarda Ukraynanın əks-hücum əməliyyatında ləng irəliləyişi bu gözləntiləri artırıb.

ABŞ Dövlət Departamentinin adının açıqlanmasını istəməyən yüksək rütbəli rəsmisi jurnalistlərə deyib ki, “Böyük yeddilik nümayəndələri bazar ertəsi axşam BMT Baş Assambleyasının kuluarlarında nahar zamanı acınacaqlı mənzərəni müzakirə ediblər və münaqişənin orta və uzunmüddətli perspektivdə davam edəcəyi ilə bağlı razılığa gəliblər”.

“Sky News” uzunmüddətli müharibə ehtimalından da yazır. Mənbə nəşrə bildirib ki, G7 nümayəndələri Rusiyanın orta və uzunmüddətli perspektivdə bu müharibəyə cəlb olunduğunu etiraf ediblər. Qərb Ukraynaya gələcək maliyyə və hərbi dəstəyi planlaşdırarkən bunu nəzərə alacaq.

//Samir Qurbanov, Editor.az