Ukraynada müharibədən zərər çəkənlərin sayı 18 milyondurbackend

Ukraynada müharibədən zərər çəkənlərin sayı 18 milyondur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada müharibədən zərər çəkənlərin sayı 18 milyondur. Onlarında 6,7 milyonunu məcburi köçkünlər təşkil edir.

Bu barədə Editor.az “Ukrainsakaya Pravda”ya istinadən məlumat verib. Ümumdünya Səhiyyə Təşkilatının Avropa bölməsinin yaydığı həmin məlumatda deyilir: “Təchizat zəncirləri ciddi şəkildə pozulub. Bir çox distribyutorlar fəaliyyətini dayandırıb, bəzi təchizat hərbi əməliyyatlar səbəbindən əlçatmaz olub, dərmanlar tükənir və xəstəxanalar xəstələrə və yaralılara çətinliklə xidmət göstərə bilir”. Bundan başqa, 3 milyona yaxın insan ölkəni tərk edib. ÜST həm Ukrayna ərazisində, həm də onun sərhədlərində humanitar tibbi yardımın göstərilməsini, eləcə də texniki dəstək və kadr ehtiyatının təmin edilməsini tərəfdaşlarla koordinasiya etməyə çalışır.

Editor.az