Ukraynada müharibənin dondurulması: Rusiya nə deyir?backend

Ukraynada müharibənin dondurulması: Rusiya nə deyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada müharibənin dondurulması ilə bağlı heç bir təklif Rusiyanı qane etmir və Ukrayna Putinin irəli sürdüyü şərtlərlə razılaşana qədər mübarizəni davam etdirəcək.

Editor.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki nümayəndəsi Vasili Nebenzya BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında deyib. O bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin Donald Tramp və Emmanuel Makronla görüşündə müzakirə edilən müharibənin dondurulması ssenariləri Kreml üçün qəbuledilməzdir.

Onun sözlərinə görə, istənilən sülh təşəbbüsləri Ukraynaya döyüş meydanında möhlət və yenidən silahlanması üçün vaxt verəcək.

O, həmçinin NATO-nun müharibənin həllinə cəlb olunması ideyasını kəskin şəkildə rədd edib. “Alyans və Ukraynanın ona üzvlük perspektivi əvvəldən problemin bir hissəsi olub, onun həllinin bir hissəsi deyil”, – Nebenzya bildirib. Onun sözlərinə görə, Rusiya danışıqlara hazırdır, ancaq “reallığı qəbul etməyə və müharibəni bitirməyə” hazır olanlarla.

//Samir Qurbanov, Editor.az