Ukraynada mülki vətəndaşların sığındığı fabrikdə yanğın baş veribbackend

Ukraynada mülki vətəndaşların sığındığı fabrikdə yanğın baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusu Severodonetskdə 800-ə yaxın mülki şəxsin sığındığı iddia edilən kimya kombinatını bombalayıb.

Editor.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Rusiya artilleriyasının atəşə tutmasından sonra kimya müəssisəsində böyük yanğının baş verdiyi və neft sızmasının da olduğu bildirilib. O da bildirilib ki, obyektdə gizlənən mülki şəxslərin təxliyəsi üçün indiyədək dəhliz açılmayıb.

Verilən məlumatlara görə, insayderlərin sağlamlıq durumu ilə bağlı məlumat almaq da mümkün deyil.

//Gülnarə Abasova, Editor.az