“Nova Poşta” təyyarələrinin Kiyev və Lvova uçmasına icazə verilib.
Ukrayna Dövlət Aviasiya Xidmətinin 21 oktyabr tarixli 789 saylı əmrində bildirilir ki, “Supernova Airlines” müntəzəm beynəlxalq hava daşımaları üçün həftədə 7 reys tezliyi ilə Lvov-Praqa və Kiyev-Praqa reyslərini yerinə yetirmək hüququ əldə edib. İcazə 2024-cü il noyabrın 1-dən qeyri-məhdud müddətə verilib.
Hava Nəqliyyatı Departamentinə “Supernova Airlines” MMC-yə hava xətlərinin istismarı hüququnun verilməsi ilə bağlı qəbul edilmiş qərar barədə məlumatın göndərilməsini təmin etmək və hava xətlərinin istismarı hüququ ilə bağlı müvafiq sənədləri hazırlamaq tapşırılıb. Bundan əlavə, təyinatların icrası üçün Ukrayna Xarici İşlər Nazirliyinə müvafiq məlumat göndərilib.
//Samir Qurbanov, Editor.az