Ukraynada oksigen ehtiyatları ciddi dərəcədə azalıbbackend

Ukraynada oksigen ehtiyatları ciddi dərəcədə azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada Covid və digər kritik xəstəliklər, o cümlədən müharibədə xəsarət alan şəxslərin müalicəsi üçün həyati vacib olan oksigen ehtiyatları ciddi dərəcədə azalıb.

Editor.az BBC-yə istinadən bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatıdan bildirilib ki, yük maşınları paytaxt Kiyev də daxil olmaqla ölkədəki zavodlardan xəstəxanalara ləvazimatları daşıya bilmir. Proqnozlar ehtiyatlar növbəti 24 saat ərzində tükənə biləcəyini göstərir

ÜST Polşa vasitəsilə təcili yüklərin daşınması üçün tərəfdaşlarla işlədiyini qeyd edib

ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus və Avropa üzrə regional direktoru Hans Kluge, “Oksigen təchizatı vəziyyəti çox təhlükəli həddə yaxınlaşıdığını” qeyd edib.

Bəzi xəstəxanalarda artıq oksigen ehtiyatları tükənib. Onu qeyd etmək lazımdır ki, proqnozlarda Ukraynada xəstəxanaya yerləşdirilən təxminən 1,700 xəstənin oksigen müalicəsinə ehtiyacı olacağı bildirilib. Bəzi xəstəxanlarda artıq oksigenin bitdiyi bildirilib. Bu minlərlə insanın həyatını riskə atır. Oksigen təkcə Covid xəstələri üçün deyil eyni zaman da doğuş əməliyyatları zamanı ehtiyac duyulan ləvazimatdır.

ÜST-dən onu da bildiriblər ki, Ukraynadakı bir neçə istehsal zavodu da təhlükəsiz tibbi oksigen hazırlamaq üçün lazım olan mühüm, əsasən xaricdən gətirilən kimyəvi məhsul olan seolit ​​çatışmazlığı ilə üzləşib. Xəstəxana xidmətləri də elektrik enerjisi və enerji çatışmazlığı təhlükəsi altındadır.