Ukraynada ölən “kadırovçular”ın ailələrinə kompensasiya əvəzinə bir kisə kartof və soğan PAYLANIR – FOTObackend

Ukraynada ölən “kadırovçular”ın ailələrinə kompensasiya əvəzinə bir kisə kartof və soğan PAYLANIR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada ölən “kadırovçu”ların analarına az miqdarda ərzaq yardımı edilib.

Qroznı telekanalı Ramzan Kadırovun Ukraynada “xüsusi əməliyyat” zamanı həlak olanlara necə qayğı göstərdiyinə dair süjet nümayiş etdirib. Çeçenistanda ölən əsgərlərin ailələrinə pul kompensasiyası əvəzinə bir kisə kartof və soğan paylanır.

Yerə plyonka sərilib, üstünə eyni ərzaq bağlamaları qoyulub və bunları ölən “kadırovçular”ın ailələrinə göndəriləcəyi bildirilib.

Ərzaq bağlamasına nələrin daxil olduğunu ekran görüntüsündə görmək olar. Bir kisə kartof, soğan, düyü görünür, deyilənə görə, günəbaxan yağı da olacaq. Bir ailə üzvünün ölümünə bu cür “adekvat” yardım hər kəsi təəccübləndirib.

Kanal.az