Ukrayna polisi bu gün Rusiyanın Zaporojyedəki otelə təşkil etdiyi raket zərbəsi nəticəsində qadın olduğu müəyyən edilən bir nəfərin öldüyünü, 4-ü uşaq olmaqla, 19 nəfərin yaralandığını açıqlayıb.
Editor.az xarici mediaya istinadən bildirir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Ukrayna üzrə Humanitar Koordinatoru Denis Braun hücumla bağlı açıqlama verib.
“Birləşmiş Millətlər Təşkilatının əməkdaşları və müharibədən zərər çəkmiş insanlara dəstək verən QHT-lərdən (qeyri-hökumət təşkilatlarından) olan həmkarlarımızın tez-tez istifadə etdiyi otelin rusların hücumuna məruz qalması xəbəri məni dəhşətə gətirdi. Bu, qətiyyən qəbuledilməzdir. İnsanlıq naminə mən Rusiya Federasiyasını beynəlxalq humanitar hüquq çərçivəsində götürdüyü öhdəliklərə əməl etməyə və Ukraynaya qarşı hücumları dərhal dayandırmağa çağırıram”, – deyə o bildirib.
//Safura Bənnayeva, Editor.az