Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak “The Telegraph”a müsahibəsində deyib ki, Ukrayna Rusiya ilə sülh bağlandıqdan dərhal sonra seçki keçirməyi planlaşdırır.
Lakin Yermak, Zelenskinin onlara qatılıb-qatılmayacağını dəqiqləşdirməyib.
Ali Radanın deputatı Aleksandr Dubinski bildirib ki, yeni dövlət başçısının 2024-cü il martın 31-də seçilməsi nəzərdə tutulurdu, lakin ölkədə hərbi vəziyyət və ümumi səfərbərliyə görə tədbirlər ləğv edilib.
//Samir Qurbanov, Editor.az