Ukraynanın daxili kəşfiyyat agentliyi bazar ertəsi bildirib ki, prezident Volodimir Zelenskinin marşrutu haqqında məlumat toplamaqda, habelə hərbi obyektlər barədə məlumatları Rusiyaya ötürməkdə ittiham olunan bir qadını saxlayıb.
Editor.az xəbər verir ki, Ukrayna təhlükəsizlik xidməti SBU agent olduğu iddia edilən qadının adını açıqlamasa da təhlükəsizlik xidməti şübhəlinin Ukraynanın cənubundakı Mykolayiv liman şəhərində həbs edildiyini açıqlayıb.
Zelenski sonuncu dəfə iyulun 27-də şəhərə səfər edib. SBU iddia edilən casusu Nikolayevdən 48 km aralıda yerləşən Oçakiv liman şəhəri yaxınlığında Ukraynanın elektron müharibə sistemləri və sursat anbarlarının yerini tapmağa çalışmaqda ittiham edib.
SBU qadının Ukrayna hərbi hissələrindən birində əsgərlərə mal satan ordu mağazasında işlədiyini desə də məhkəmə onun həbsini qüvvədə saxlayıb və günahı sübuta yetirilərsə, onu 12 ilə qədər həbs cəzası gözləyəcəyini açıqlayıb.
//Gülnarə Abasova, Editor.az

