Ukraynada Rusiya FSB-i və hərbi kəşfiyyatı ilə əməkdaşlıq edən hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılıbbackend

Ukraynada Rusiya FSB-i və hərbi kəşfiyyatı ilə əməkdaşlıq edən hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Təhlükəsizlik Xidməti Nikolaevdə Rusiya FSB və hərbi kəşfiyyatının göstərişi ilə Nikolaev, Dnepropetrovsk və İvano-Frankivsk vilayətlərində Ukraynanın hərbi və mühüm infrastruktur obyektlərində casusluq etməkdə şübhəli bilinən keçmiş və indiki hüquq-mühafizə orqanlarının əməkdaşlarını saxlayıb.

Editor.az bildirir ki, bu barədə avqustun 19-da SBU-nun mətbuat mərkəzi məlumat yayıb. Saxlanılanlardan biri yerli polisdir və 2015-ci ildən Rusiya kəşfiyyat qrupunun rəhbəri, keçmiş polis məmuru Andrey Şevçenko ilə əlaqə saxlayırmış, – məlumatda deyilir. İstintaq hesab edir ki, saxlanılan hüquq-mühafizə orqanının əməkdaşı Şevçenkonun göstərişi ilə Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin regionda yerləşdiyi yerlər və hərəkətləri barədə məlumat toplayıb, hərbi sənaye kompleksinin strateji müəssisələrinin yerləşdiyi yerləri müəyyənləşdirib və şəxsi heyətlə bağlı qərarlar barədə məlumatları Rusiya xüsusi xidmət orqanlarına ötürüb. İkinci şübhəli Şevçenkonun atası, keçmiş polis zabitidir.

UTX bildirib ki, o, Karpat regionunda enerji obyektlərindən birinin dəfələrlə atəşə tutulmasına kömək edib, həmçinin işğalçı ölkə ilə əməkdaşlığa Nikolayev vilayətində keçmiş və indiki hüquq-mühafizə orqanlarının əməkdaşları və hərbi qulluqçuları cəlb edib. Axtarışlar zamanı saxlanılan şəxslərdən mobil telefonlar, kompüter avadanlığı, qeydlər, cinayətlərdə iştirakını sübut edə biləcək sənədlər, habelə Rusiya rəmzləri və rubllar götürülüb. Saxlanılanlara hərbi vəziyyətlə bağlı dövlətə xəyanətdə şübhəli bilinmələri barədə məlumat verilib. Bu maddə üzrə ən yüksək cəza əmlakı müsadirə olunmaqla ömürlük həbsdir.

//Samir Qurbanov, Editor.az