Ukraynada Rusiya hərbçiləri mülki şəxslərin olduğu avtomobili atəşə tutublar: Ölənlər varbackend

Ukraynada Rusiya hərbçiləri mülki şəxslərin olduğu avtomobili atəşə tutublar: Ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vorzeldə mülki şəxslərin olduğu avtomobil Rusiya hərbçiləri tərəfindən atəşə tutulub.

İnsident nəticəsində 2 nəfər ölüb, daha 4 nəfərsə yaralanıb.

Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, martın 4-də altı nəfər avtomobillə Kiyev vilayətinin Buçanski rayonunun Vorzel kəndindən yola çıxıb. Hərəkət zamanı onlar “V” hərfi ilə işarələnmiş Rusiya hərbi texnikası kolonnasına rast gəlib.

Tank pulemyotlarından atəş tutulan avtomobildə bir qadın və 17 yaşlı qız həlak olub. 17 və 7 yaşlı digər qızlar da daxil olmaqla, daha dörd nəfər qəlpə yarası alıb.

Faktla bağlı prokurorluq cinayət işi açıb. Rusiya hərbçilərinin hərəkətləri Cinayət Məcəlləsinin 438-ci maddəsi üzrə müharibə qanunlarının pozulması kimi qiymətləndirilir.

oxu.az