Yaxın vaxtlarda Ukraynada rusiyalı hərbi əsirlərin saxlanması üçün yeni düşərgə açılacaq.
Editor.az bildirir ki, bu barədə sosial şəbəkələrdə “Yaşamaq istəyirəm” layihəsi məlumat verib. “Rusiya hərbi əsirlərinin çoxluğu ilə əlaqədar yaxın vaxtlarda Ukraynada hərbi əsirlərin saxlanması üçün yeni düşərgə açılacaq.
Bununla paralel olaraq daha bir düşərgənin fəaliyyətə başlamasına hazırlıq işləri aparılır. Əsirlərin sayının artması həm cəbhədəki vəziyyət, rus əsgərlərinin motivasiyasının pisləşməsi, həm də Rusiya tərəfinin hərbi əsirlərin mübadiləsinə maraq göstərməməsi ilə bağlıdır”.
//Samir Qurbanov,Editor.az

