Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Ukraynanın Lvov şəhərində keçiriləcək üçtərəfli sammitdə Ukrayna prezidenti Volodimir Zelenski və Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşlə görüşəcək.
Editor.az xarici mediaya istinadən bildirir ki, sammitdə Ukrayna taxılının dünya bazarlarına çıxarılması üçün qurulan mexanizmin fəaliyyəti artırılaraq Ukrayna-Rusiya müharibəsinin diplomatik yollarla dayandırılması üçün atıla biləcək addımlar müzakirə olunacaq. Ərdoğanın ukraynalı həmkarı ilə görüşlərində strateji tərəfdaşlıq səviyyəsində Türkiyə-Ukrayna münasibətləri bütün aspektlərdə dəyərləndiriləcək.
Qeyd edək ki, Ərdoğan avqustun 20-də Quterreşlə İstanbulda taxıl koordinasiya mərkəzinə baş çəkəcək.
//Safura Bənnayeva, Editor.az