Almaniya kansleri Olaf Şols BMT Baş Assambleyasındakı çıxışında vurğulayıb ki, əgər müharibənin real şəkildə sona çatmasını istəyiriksə, onu Kremlin şərtləri ilə qəbul etmək olmaz.
Editor.az xəbər verir ki, bu barədə “Spigel” jurnalı yazıb. Sols dünya nizamının qorunub saxlanmasının vacibliyini vurğulayaraq qeyd edib ki, bunun güc yolu ilə həll edilməsi yolverilməzdir. Bu zaman o, Rusiyanın Ukraynaya qarşı müharibəsindən danışarkən, Putinin hərəkətlərini “aşkar imperializm” adlandırmaqla, əslində Fransa prezidenti Makronun sözlərini təkrarlayıb. Sols Ukraynaya tankların verilməsi ilə bağlı mövqeyini bu şəkildə izah edib:
Almaniyanın təkbaşına hərəkət etməsini istəmir. O, Rusiyanın keçirmək istədiyi psevdoreferendumları Rusiya təcavüzünün eskalasiyasının yeni mərhələsi adlandırıb. Çünki bundan sonra Kreml Ukraynanın həmin bölgələrdə əks-hücumunu “özünə hücum” kimi təqdim edə bilər. “Əgər biz Putinin müharibəni bitirməsini istəyiriksə, onun dəqiq necə başa çatacağına biganə qala bilmərik. Ona görə də biz Rusiyanın diktə etdiyi sülhü qəbul etməyəcəyik və heç bir psevdoreferendumu tanımayacağıq. Ona görə də Ukrayna özünü müdafiə etməyi bacarmalıdır” – Sols vurğulayıb. Lakin kansler Rusiyanın saxta referendumlar keçirməsinə cavab olaraq hansı reaksiya təklif etdiyini açıqlamayıb.
//Samir,Editor.az

