Ukraynada sülh üçün yeganə şansbackend

Ukraynada sülh üçün yeganə şans

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində bildirib ki, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında görüş Ukrayna məsələsinin nizamlanması üçün yeganə şansdır.

Lakin onun sözlərinə görə, görüşün vaxtı və yeri hələ müəyyən edilməyib. “Hələlik konkret tarix və ya vaxt yoxdur, lakin bu, həqiqətən yeganə şansdır. Düşünürəm ki, bir çox ölkələr bu qiymətləndirməni özəl olaraq paylaşacaqlar” – Rubio bildirib.
Bundan əvvəl Donald Tramp Vladimir Putinin İstanbula gələcəyi təqdirdə danışıqlar üçün İstanbula gəlmək niyyətində idi. Mayın 15-də o, BƏƏ-yə səfərindən sonra Vaşinqtona gedəcəyini bildirib. Bundan əvvəl o, Rusiya prezidenti ilə görüşənə qədər Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı “heç nə baş verməyəcəyini” bildirmişdi.

Xatırladaq ki, Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar mayın 16-da səhərə planlaşdırılıb.

//Samir Qurbanov, Editor.az