ABŞ prezidenti Donald Tramp deyib ki, Ukraynada hərbi münaqişənin sona çatmasına tez bir zamanda nail olmaq lazımdır. Əks halda, onun fikrincə, ümumiyyətlə, nizamlanmaya nail olmaq mümkün olmaya bilər.
“Düşünürəm ki, biz uğurlu sülhə nail olacağıq və bu, davamlı sülh olacaq. Və düşünürəm ki, bu, tez baş verəcək. Əgər bu, tez baş verməsə, ümumiyyətlə, baş verməyə də bilər”, – deyə Tramp Böyük Britaniyanın baş naziri Key Starmerlə birgə mətbuat konfransında bildirib.
//Samir Qurbanov, Editor.az