Ukrayna prezidenti Vladimir Zelenski Ankaraya gəldikdən sonra müharibəyə son qoymaq üçün hər hansı razılaşmanın perspektivləri qaranlıqlaşır.
Vladimir Putin Zelenskinin Türkiyədə birbaşa yüksək səviyyəli danışıqlar üçün görüşmək çağırışına məhəl qoymayıb, – “The Wall Street Journal” (WSJ) yazır. Əvəzində Kreml hökmdarı öz məmurlarından ibarət komandanı ora göndərib ki, bu da tərəflər arasında danışıqların mümkünlüyünü şübhə altına alır. Məsələ burasındadır ki, Rusiya danışıqlar qrupuna Putinin köməkçisi Vladimir Medinski və müdafiə nazirinin müavini Aleksandr Fomin başçılıq edirdilər, hansı ki, onlar müharibənin əvvəlində Ukraynanın kapitulyasiyası ilə bağlı danışıqlarda iştirak edən şəxslərdir.
Xatırladaq ki, danışıqların son sessiyası 2022-ci ilin martında İstanbulda keçirilib və az sonra pozulub.
//Samir Qurbanov, Editor.az