Ukraynanın Kamenets-Podolski şəhərində Şuşa Günlərinin keçirilməsi planlaşdırılır.
“Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansın sədri Elmar Məmmədov AZƏRTAC-a bildirib ki, Ukraynada Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri ilə əlaqədar tədbirlərin keçirilməsi üçün şəhər rəhbərliyi ilə ilkin razılıq əldə olunub.
“Kamenets-Podolski və Şuşa şəhərləri, ilk növbədə, qalalarının olması ilə çox oxşardır. Buna görə də tədbir zamanı Kamenets-Podolski qalasının divarlarında “Şuşa” yazısı olan pankart asılacaq. Tədbirin qonaqlarına Azərbaycan mədəniyyəti, tarixi barədə məlumat veriləcək, mətbəximizin nümunələri təqdim olunacaq”, – deyə Elmar Məmmədov əlavə edib.

