Ukraynada tələbələr də səfərbərliyə cəlb olunacaqbackend

Ukraynada tələbələr də səfərbərliyə cəlb olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Aleksey Arestoviç tələbələrin səfərbər olunmasını istisna etməyib.

Editor.az bildirir ki, bu sözləri Aretoviç YouTube kanalının efirində deyib. Onun fikrincə, əgər Rusiyada bir milyon insan səfərbər olunursa, o zaman Ukrayna silahlı qüvvələrinə “hamı lazım ola bilər”.

“Rusiyada bir milyon insan səfərbər olunursa, hansı gedişdən (tələbələr nəzərdə tutulur) danışırsınız? Hər kəsə ehtiyacımız ola bilər. Ümumiyyətlə, Ukraynanın yaşamasını istəyirsiniz, yoxsa Sorbonna və ya Oksfordda təhsil almaqla şəxsi problemlərinizi həll etmək? Nə qədər ki, tələbələrə toxunulmayıb, onlar orduya getmirlər, amma , lazım olarsa hamısı və ya çoxu gedəcək”, – deyə Aretoviç jurnalist Markın YouTube kanalında efirdə bildirib. Feygin (xarici agentlərin reyestrinə daxil edilmişdir) . Hazırda Ukraynada 18-60 yaşlı kişilərin xaricə getməsi qadağandır. Ali Rada avqustun ortalarında bu qərarın müddətini noyabrın 21-dək uzadıb.

  //Samir,Editor.az