Ukraynada türk iş adamlarına qarşı reketçilik edən azərbaycanlılar belə tutuldu — ƏMƏLİYYATIN VİDEOSUbackend

Ukraynada türk iş adamlarına qarşı reketçilik edən azərbaycanlılar belə tutuldu — ƏMƏLİYYATIN VİDEOSU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Milli Polisinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı Azərbaycandan olduğu deyilən 2 nəfərlik reket dəstə üzvləri cinayət başında tutulublar.

Ukrayna Milli Polisi sözügedən əməliyyatın video-görüntülərini yayıb.

Yayılan rəsmi məlumatda deyilir ki, Ukraynada restoran işi ilə məşğul olan türkiyəli iş adamları sözügedən şəxslər tərəfindən hədələnərək, onlardan pul tələb olunub.

Türk iş adamları isə məsələ ilə bağlı Türkiyənin Ukraynadakı səfirliyinə və hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Azərbaycandan olduqları deyilən reket dəstə pul tələb edərkən cinayət başında tutulublar. Axtarış zamanı onların üzərlərindən dollar vəsaiti götürülüb.

Ukraynada çalışan Türkiyə vətəndaşları isə deyir ki, son vaxtlar bir neçə azərbaycanlı onlardan qanunsuz olaraq pul tələb edir. Onlar bununla bağlı müvafiq qurumlara məlumat verdiklərini deyir.

Məsələ ilə bağlı Azərbaycan Daxili İşlər Nazirliyinin Ukraynadakı nümayəndəsi, polkovnik Şahin Qocayevlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilməyib.

//demokrat.az