Ukraynada uşaq evi və uşaqların reabilitasiyası mərkəzi raket hücumuna məruz qalıbbackend

Ukraynada uşaq evi və uşaqların reabilitasiyası mərkəzi raket hücumuna məruz qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Sumı şəhərindəki iki uşaq müəssisəsi – uşaq evi və uşaqların sosial-psixoloji reabilitasiyası mərkəzi Rusiya hərbçilərinin raket hücumuna məruz qalıb.

Onlar şəhərin yaşayış məhəlləsi arasında yerləşən eyni binada yerləşirlər. Sumi Regional Hərbi İdarəsi dağıntıların miqyasını və qurbanların sayını dəqiqləşdirdiklərini bildirib. Hazırda iki uşağın yaralandığı məlumdur: yeddi yaşlı oğlan və on üç yaşlı qız.

Bir neçə saat əvvəl Sumidə iki sənaye müəssisəsi də hücuma məruz qalıb. Yerli prokurorluq bir neçə yaralı olduğunu bildirib. Rusiya Müdafiə Nazirliyi Suminin atəşə tutulması ilə bağlı açıqlama verməyib.

//Samir Qurbanov, Editor.az