Ukraynada vəfat edən azərbaycanlının nəşi böyük ehtiramla Vətənə yola salındı – VİDEObackend

Ukraynada vəfat edən azərbaycanlının nəşi böyük ehtiramla Vətənə yola salındı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada vəfat edən azərbaycanlı jurnalist İdrak Camalbəylinin nəşi Vətənə yola salınıb.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, jurnalistin nəşi yola salınarkən ukraynalılar hörmət əlaməti olaraq önündə diz çöküb, onun Ukraynaya xidmətini yüksək qiymətləndiriblər.

Jurnalistin nəşi dünən Kiyevdən Kişinyova yola salınıb. Moldovadan birbaşa reyslər ləğv olunduğundan, nəş Türkiyəyə göndəriləcək. Sabah günün ikinci yarısında isə İstanbul-Bakı reysi ilə Vətənə gətiriləcək.

Qeyd edək ki, Kiyevdə yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli martın 29-da ürək tutmasından vəfat etmişdi.