Ukraynada yalnız “Ukrayna modeli” ola bilərbackend

Ukraynada yalnız “Ukrayna modeli” ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna hüquqi cəhətdən təsdiqlənmiş və qeyri-protokol qaydasında zəmanətli neytrallığın xüsusi versiyasını tələb edir.

Bu barədə Editor.az “Ukrainskaya pravda”ya istinadən xəbər verir.

Xəbərə görə, Rusiya ilə danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyətinin üzvü Mixail Podolyak Ukraynanın gələcək statusu ilə bağlı bunları deyib:”Tərəfdaşlarımızın danışıqlar prosesində fəal tərəf olaraq qalmaq cəhdini başa düşürük. Buna görə də “İsveç” və ya “Avstriya” neytrallıq modellərindən bəhs edirlər. Lakin Ukrayna hazırda Rusiya ilə birbaşa müharibə vəziyyətindədir və buna görə də, yalnız qanunla təsdiqlənmiş təhlükəsizlik zəmanətləri çərçivəsində, yalnız “Ukrayna modeli” ola bilər.
“Bu nə deməkdir? Birincisi, mütləq təhlükəsizlik zəmanətləri. Protokol qaydasında yox, real zəmanət qaydasında. Yəni, zəmanəti imzalayanlar Ukraynaya hücum zamanı indiki kimi kənarda durmur və Ukraynanın tərəfində hərbi əməliyyatlarda fəal iştirak edir və bizə lazımi həcmdə silahın dərhal çatdırılmasını rəsmi şəkildə təmin edirlər.
İkincisi, Ukrayna artıq onun səmasını bağlamağa imkan verən və ya verməyən bürokratik prosedurlardan asılı olmaq istəmir. Bizə səmanın mütləq bağlanacağına dair birbaşa və ciddi təminat lazımdır” – deyə, Podolyok fikirlərini yekunlaşdırıb.

  Editor.az