Ukraynada yaşayış binası raketlə vurulub, 6 nəfər ölübbackend

Ukraynada yaşayış binası raketlə vurulub, 6 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Nikolayev şəhərinə atdığı raketin yaşayış binasına düşməsi nəticəsində 6 nəfər ölüb.

Editor.az  APA-ya istinadən bildirir ki, bu barədə “Unian”a məlumat yayıb.

Ukrayna Prezidenti Vladimir Zelenski raket hücumunu terror hadisəsi kimi qiymətləndirib: “Hal-hazırda axtarış-xilasetmə işləri davam etdirilir. Rusiya öz məkrli döyüş taktikasından əl çəkmir. Biz mübarizəmizi davam etdiririk. İşğalçılar Ukraynaya və ukraynalılara qarşı törətdikləri bütün cinayətlərə görə cavab verəcək”.

Xatırladaq ki, səhər saatlarında yaşayış binasına raket düşməsi nəticəsində 4 nəfərin öldüyü bildirib, lakin sonra bu rəqəm 6-ya yüksəlib.