Ukraynada Zəfər marşı çalınmayınca ruhun şad olmayacaq!backend

Ukraynada Zəfər marşı çalınmayınca ruhun şad olmayacaq!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müstəqil Ukraynanın ilk prezidenti Leonid Makaroviç Kravçuk 89 yaşında dünyasını dəyişib.
O, faktiki olaraq SSRİ-nin mövcudluğuna son qoyan Bilovez müqaviləsini imzalayan üç dövlət başçısından biri olub.Çox maraqlıdır ki, Kravçuk SSRİ-nin squtuna imza atan müstəqil Belarusun ilk prezidenti Stanislav Şuşkeviçdən bir həftə sonra həyatla vidalaşdı.

L.Kravçuk Ukraynanın müstəqillik səlnaməsinə imza atmış tarixi şəxsiyyət kimi daxil olsada, siyasi fəaliyyəti təzadlı məqamlarla müşaiyyət olundu . O, ömrünün sonunadək Ukraynanın dövlət müstəqilliyinin qorunması naminə siyasi səngərlərdə mübarizə apadı .

“Mən Ukraynanın müstəqil dövlət olması üçün əlimdən gələni əsirgəmədim. Ölkəmizin demokratiya yolu ilə inkişaf etməsi üçün , avropada, dünyada, o cümlədən çətin qonşumuz Rusiya ilə münasibətlərin qurulması üçün bütün gücümü ortaya qoydum. Nəhayət Ukrayna müstəqil dövlət oldu, olub və bundan sonrada olacaq. Bunu həyatımın əsl nailiyyəti hesab edirəm.” Bu fikri onunla müsahibələrimizin birində vurğulamışdı.

Ukraynada fəaliyyət göstərdiyim illərdə onunla bir neçə dəfə görüşüb müsahibə almışdım. Ulu Öndər Heydər Əliyev haqqında çəkdiyimiz “Liderlik Dərsi” sənədli filmində əsas müsahiblərimizdən biri idi Kravçuk: ”Heydər Əliyev bəşər tarixinin ən möhtəşəm simalarından biri idi. O, olmasaydı Müstəqil Azərbaycanı Rusiya ilə İran öz aralarında bölüb parçalayacaqdı. Heydər Əliyev dühası bu qorxulu ssenarini dəyişib, qüdrətli Azərbaycan dövlətini qurdu. Onun xidmətləri o qədər böyükdür ki, adi sözlə ona qiymət vermək mümkün deyil”

O çox, sağlam və iradəli adam idi. 89 yaşı olmağına baxmayaraq fenomenal yaddaşa malik idi. Bəlkədə yaşayacaqdı!!! Onun içini parçalayıb, qəlbini dayandıran əsas amillərdən biri Rusiyanın 2014-cü ildən başlayaraq Ukraynaya qarşı yürütdüyü haqsız savaşın amansız ağrı acıları oldu.

Məkanın Allahın dərgahında Ukrayna qarşısındakı xidmətlərinizə görə dəyərləndirilsin cənab Leonid Makaroviç!

Bu dünyadan həm Ukraynanın Dövlət müstəqilliyinə imza atmağınızın qürur dolu tarixini, həmdə, Ukraynanın nüvə dövlətindən mərhum edilərək Rusiyanın ayaqları altına atılmasına vurduğunuz möhürün günahları qarışıq köç edirsiniz !..
Bu baxımdan neçə ki, məzar evinizdən Ukraynanın Zəfər marşını eşitməmisiniz ruhunuz şad olmayacaq !

Möhsüm Qədiroğlu

“AsMedia Group”un rəhbəri.