Ukraynadakı Fransa vətəndaşlarından ölkələrinə REAKSİYA: “Sadəcə özünüzə yaxşı baxın”backend

Ukraynadakı Fransa vətəndaşlarından ölkələrinə REAKSİYA: “Sadəcə özünüzə yaxşı baxın”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukrayna müharibəsinin 8-ci gününə girdiyi bir vaxtda tərəflərin ikinci dəfə danışıqlar masasına oturacağı gözlənilir. Bir çox ölkələr öz vətəndaşlarını müharibə zonasından çıxarmağa çalışarkən Fransa rəsmiləri vətəndaşlarını bölgədən çıxarmaqda yetərli olmadı.

Ukraynadakı Fransa vətəndaşları isə ölkələrinə belə reaksiya verdi: “Sadəcə özünüzə yaxşı baxın”.

Bildirilib ki, digər ölkələrdən fərqli olaraq, Fransa hakimiyyət orqanları öz vətəndaşlarının Ukraynadan təxliyəsini uğurla təşkil edə bilmədiyi üçün ölkədəki Fransa hakimiyyət orqanları özlərini tərk edilmiş hiss ediblər və vəziyyətdən şikayətləniblər.

Editor.az xəbər verir ki, Fransanın “Lepoint” jurnalının xəbərində Rusiyanın Ukrayna ərazisinə hücumundan sonra ölkəni tərk etmək istəyən Fransa vətəndaşlarının tək qaldığı bildirilib.

Xəbərdə Rusiyanın Ukraynaya girməyə başladığı fevralın paytaxt Kiyevdə olan 1000-ə yaxın Fransa vətəndaşının ölkəni tərk etməyə cəhd etdiyi və Fransa səfirliyinin dəstəyini almamaqdan şikayətləndiyi bildirilib. Fransa səfirliyinin müharibənin əvvəlində təhlükəsizlik məqsədilə vətəndaşlarına “yerlərinizdən tərpənməyin”  bəyanatını xatırladılan xəbərdə fransızların çıxılmaz vəziyyətə düşdüyü qeyd edilib.

Xəbərdə həmin vaxt Almaniyada olan və həyat yoldaşı Ukraynada olan Fransa vətəndaşı Mark Bazerbenin Ukraynadakı qadın və uşaqların təxliyəsi üçün konsulluğa elektron məktub göndərdiyi, lakin cavabın alınmadığı bildirilmişdi.

Fransanın Kiyev səfiri Etienne de Poncins və komandasının Ukraynadan müşayiətçi ilə ayrıldığını xatırladan Mark Bazerbe bildirib ki, səfirlik bizə köçməməyimizi söyləyərkən özləri əşyalarını yığırdı.

Eyni zamanda, Fransa yardım qruplarının Ukraynaya keçmək əvəzinə sərhəd xaricində gözlədiyi də qeyd edilib.

//Gülnarə Abasova, Editor.az