Ukraynadakı futbol matçında məşqçi hakimi döyübbackend

Ukraynadakı futbol matçında məşqçi hakimi döyüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Kubokunun II turunda “Olimpiya” və “Volçansk” komandaları arasında keçirilmiş matçda qalmaqal yaşanıb.

Editor.az report-a istinadən bildirir ki, “Olimpiya”nın futbolçuları və məşqçiləri qarşılaşma başa çatandan sonra baş hakimə etirazlarını bildirib.

Onlar qapılarına təyin edilən penaltinin doğru qərar olmadığını söyləyiblər. Daha sonra meydan sahiblərinin məşqçisi Aleksandr Kulik qəzəblənərək hakimə hücum edib və onu döyməyə başlayıb. Mütəxəssisi oyunçular sakitləşdirə bilib.

Qeyd edək ki, matç “Volçansk”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.