Fransa prezidenti Emmanuel Makron ölkənin silahlı qüvvələri qarşısında çıxışı zamanı Ukraynadakı münaqişənin bitmə vaxtı ilə bağlı fikirlərini bölüşərək, bunun tezliklə olmayacağını bildirib.
O, bu barədə Donald Trampın ABŞ prezidenti kimi andiçmə mərasimi günü açıqlama verib.
Bəzi mənbələr hesab edir ki, Makronun sözləri əvvəllər münaqişənin mümkün bitməsi barədə danışan Trampa dolayı xəbərdarlıq kimi də şərh oluna bilər. Fransa lideri çıxışında Ukraynanın gələcək danışıqlarda güclü mövqedən iştirak etməsi üçün ona dəstək vermənin vacibliyini də vurğulayıb. Kiyevli politoloq Ruslan Bortnik bir müddət əvvəl Ukrayna münaqişəsinin tərəflərdən biri təslim olana qədər davam edəcəyini bildirmişdi.
//Samir Qurbanov, Editor.az