Ukraynadakı müharibədən yaranan ərzaq qıtlığı bu ölkələri vuracaqbackend

Ukraynadakı müharibədən yaranan ərzaq qıtlığı bu ölkələri vuracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Vladimir Zelenski ölkədən kənd təsərrüfatı xammalının ixracı ilə bağlı problemlərin dünyanın bir çox regionlarını, xüsusən də İslam dünyası və Latın Amerikasını vuracağını bildirib.

Bu barədə “Editor.az “İnterfaks-Ukrayna”ya istinadən məlumat verir.

“Ukrayna ən mühüm qida ixracatçılarından biridir. Buğda, yağ, qarğıdalı və s. Bu, dünyanın müxtəlif regionlarında dövlətlərin sabitliyinin və daxili təhlükəsizliyinin əsasını təşkil edir”, – deyə Prezident xatırladıb.

“Pandemiyanın şokundan, ərzaq qiymətlərindəki artışdan dünyada heç kim sığortalanmayıb. Və fiziki olaraq ərzaq yoxdursa, heç kim sığortalana bilməz”.

Editor.az